Azera Holding
Daxil ol Qeydiyyat
Ticket bələdçisi

İstifadə Qaydası

Qeydiyyatdan sorğu yaratmağa, status izləməyə və operatorla əlaqəyə qədər əsas addımlar burada toplanıb.

İstifadə Qaydası

Bu səhifə Ticket portalından düzgün istifadə etmək üçün qısa bələdçidir. Burada qeydiyyat, giriş, sorğu yaratmaq, status izləmək və operatorla əlaqə saxlamaq addımları izah olunur.

1. Qeydiyyatdan keçmək

Ticket sistemindən istifadə etmək üçün əvvəlcə Qeydiyyat səhifəsinə daxil olun. Formada ad, soyad, korporativ e-poçt, telefon nömrəsi, biznes vahidi, vəzifə, lokasiya və şifrə məlumatlarını doldurun.

  • Ad Soyad
  • Korporativ e-poçt ünvanınızı düzgün yazın.
  • Sizinlə İT əməkdaşının zəruri hallarda əlaqə saxlamağı üçün telefon nömrənizi qeyd edin.
  • Vəzifənizi siyahıdan axtararaq seçin. "Vəzifə axtarışında sizin vəzifəniz yoxdursa, müvəqqəti olaraq fərqli vəzifə seçin və qeydiyyatı tamamlayın. Daxil olduqdan sonra Operator ilə əlaqə saxlayın (5-ci Bənd) və sizin vəzifənizi əlavə etməsini tələb edin."
  • Lokasiya hissəsində mərtəbə, otaq və ya iş yeri barədə qısa məlumat qeyd edin.
  • Şifrə minimum 8 simvol olmalıdır.

Qeydiyyatdan sonra aktivasiya linki e-poçt ünvanınıza göndərilir. Hesabı aktivləşdirmək üçün həmin linkə klikləyin.



2. Sistemə giriş

Giriş səhifəsində korporativ e-poçt ünvanınızı və şifrənizi yazın. Robot doğrulaması tamamlandıqdan sonra Daxil ol düyməsi aktivləşir.

Şifrənizi unutmusunuzsa, giriş səhifəsindəki Şifrəni unutdum? keçidindən istifadə edin. Sistem sizə yeni şifrə təyin etmək üçün link göndərəcək.


Qeyd etdiyiniz e-mail ünvanına yeni şifrə təyin etmək üçün link göndəriləcək.



3. Sorğu yaratmaq

Sistemə daxil olduqdan sonra əsas səhifədə Yeni sorğu yarat düyməsinə klikləyin. Açılan formadan probleminizə uyğun bölmə və etiketi seçin, müraciət mətnini aydın yazın və prioriteti təyin edin.

  • Problemi mümkün qədər konkret yazın.
  • Ekran görüntüsü, sənəd və ya əlavə fayl varsa, müraciətə əlavə edin.
  • Prioriteti real vəziyyətə uyğun seçin: normal, təcili və ya kritik.

Sorğu göndərildikdən sonra sistem ona unikal nömrə verir. Bu nömrə ilə müraciətinizi izləyə bilərsiniz.

4. Sorğuların statusunu izləmək

Əsas səhifədə yaratdığınız sorğuların siyahısı görünür. Hər sorğunun statusu ayrıca göstərilir:

  • Gözləmədə - sorğu qəbul edilib, icraya başlanmayıb.
  • İcradadır - məsul əməkdaş sorğu üzərində işləyir.
  • İcra olunub - sorğu tamamlanıb.

5. Operator ilə əlaqə saxlamaq

Operator chat sistemi yalnız Ticket portalının istifadəsi ilə bağlı çətinliklər üçün nəzərdə tutulub. Məsələn, sorğu yarada bilmirsinizsə, statusu görə bilmirsinizsə və ya sistemdə texniki problem yaşayırsınızsa, sağ aşağı hissədəki Operator Chat düyməsindən istifadə edin.

Əvvəlcə hazır cavablardan uyğun olanı seçin. Cavab kömək etmirsə, Operatora yaz düyməsi ilə canlı operatora müraciət edə bilərsiniz.

6. Vacib qeydlər

  • Digər mövzular üçün operator chat əvəzinə mütləq sorğu yaradın.
  • Sorğu mətnində lazımsız və ya şəxsi məlumat paylaşmayın.
  • Yanlış yaradılmış sorğunu yalnız icraya başlanmamışdan əvvəl silmək mümkündür.